May 17, 2017 10:48 Asia/Baku
  • İranda və Yaxın Şərqdə ilk nüvə xəstəxanası inşa olunur
    İranda və Yaxın Şərqdə ilk nüvə xəstəxanası inşa olunur

İran nüvə tibb təchizatı və dərmanlarına ehtiyac duyan xəstələrin müalicəsi üçün Avstriyanın həmkarlığı ilə Kərəc şəhərində ilk nüvə xəstəxanasının inşasına başlayıbdır.

İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu inşa prosesinin başlanmasının kənarında deyib ki, Kərəc nüvə xəstəxanası nüvə texnologiyasının köməyilə radioterapiyadan və müxtəlif təchizatlardan istifadə edən xəstələrə ixtisaslaşdırılmış xidmətlər göstərəcək.

Salehi əlavə edib: Bu tibb mərkəzi Yaxın Şərqdə özünəməxsusdur və iranlıların nüvə tibbi üçün daha xarici ölkələrə getmələrinə ehtiyac yoxdur.

Bu tibb mərkəzi ildə min xəstəni müalicə etmək qabiliyyətinə malik olaraq, İran üçün ildə təqribən 25 milyon avro qənaətə səbəb olacaqdır.

Teqlər