Baloğlanov: İmam Xomeyninin(r.ə) düşüncələri ümumdünya xarakteri daşıyır
-
Baloğlanov: İmam Xomeyninin(r.ə) düşüncələri ümumdünya xarakteri daşıyır
Rusiya şiə icmasının sədri İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) imperializm və istismarçılıq ilə mübarizə haqdakı düşüncələrinin ümumdünya xarakteri daşıdığını bildirib.
Baloğlanov cümə axşamı İRNA-ya verdiyi müsahibədə deyib: Bu gün modern müstəmləkəçilik ilə mübarizə dövrüdür və İmam Xomeyninin(rə) düşüncələri qarətçilik ilə mübarizədə inqilabçı təfəkkürün formalaşmasında diqqət mərkəzində saxlanılmalıdır.
Baloğlanov ABŞ və Ərəbistan arasında 110 milyard dollarlıq silah müqaviləsinin imzalanmasına işarə edərək, deyib: Təəssüflər olsun ki, Ərəbistanın silahları müsəlmanlara qarşı və müsəlman xalqların qırğın ediməsi üçün istifadə edilir. Bu isə bəşəriyyət əleyhinə ən böyük cinayətdir.
Baloğlanov İran İslam Respublikasının bu gün bir çox düşmənlərə malik olduğunu deyərək, əlavə edib: Heç şübhəsiz hegemonçuluq quruluşu İran və İslam əleyhinə səylərini davam etdirəcək və buna görə də ayıq olmaq lazımdır.