İranlı fizik dünyanın etibarlı mükafatının qalibi oldu
Bioloji və yumşaq maddələr fizikası sahəsində Avropa Fizika Nəşriyyatı 2017-ci il mükafatını tanınmış iranlı fizikə təqdim edib.
İRNA-nın məlumatına görə, Avropa Fizika Nəşriyyatının Pier Jil Dejen adlı 2017-ci il mükafatı aktiv maddələr sahəsində rəylərin genişləndirilməsi və həyəcanlı kəşflərə səbəb olduğuna görə, Ramin Gülüstaniyana təqdim olunur.
Bu mükafat 2017-ci il 17-21 iyulda Sloveniya paytaxtı Lyublyana şəhərində keçiriləcək maye maddələr üzrə 10-cu elmi konfransda professor Gülüstaniyana təqdim olunacaq.
Professor Gülüstaniyan həmçinin 2014-cü ildə fizika sahəsi üzrə dünyanın əsas mükafatlarından sayılan Holweck mükafatına layiq görülmüşdü.
Ramin Gülüstaniyan İranın şimal-qərbində Zəncan Universitetinin Professional Təhsil və Şeffel Universitetinin elmi dərəcəsinə malik idi. Hazırda isə İngiltərənin Oxford Universitetinin müəllimidir.