İran-Belçika; "Qırmızı əjdəha" diz çökdü
Ötən gecə Dünya Voleybol Liqasının ikinci həftəsinin iki matçı Tehranın 12 min nəfərlik Azadi stadionunda baş tutub. İran yığması gərgin və maraqlı keçən oyunda son dövrlərdə Avropa voleybolunun ən iddialı yığmalarından sayılan Belçikanı məğlub edib.
Dünya Voleybol Liqasının ilk həftəsində İtaliyada üç oyundan ikisində məğlub olaraq yalnız bir qələbəyə sevinən İqor Kolakoviçin yetirmələri Tehranda baş tutacaq matçlarda favoritlərdən biri olduğunu sübut etmək üçün Belçika səddini aşmalı idilər.
İlk setdə Belçika yığması baş məşqçi Vital Heynenin çılğınlığı ilə qalib gəlib. Lakin sonradan İran yığması təşəbbüsü ələ alıb. Azarkeşlərin həyəcanla izlədiyi matçda 1-cetdə 23:25 hesabı ilə uduzan İran yığması ikinci setdə artıqlaması ilə əvəzini çıxıb: 25:17
Azarkeşlər üçüncü setdə də maraqlı oyunun şahidi olublar. Setin qalibini iranlılar müəyyənləşdiriblər: 25:23
Dördüncü setdə özünü toparlamağa çalışan yaşıl qitə təmsilçisi 25:23 hesabı ilə matça tarazlıq gətirməyi bacarıblar.
Həlledici setdə bütün voleybolçular bacarıqlarını nümayiş etdiriblər. Belçika yığmasının 12-ci xalı qazandığını görən Kolakoviç taymout götürüb. Sanki bunun özü matçda son nöqtəni qoyub. Belə ki, taymoutdan sonra meydana dönən voleybolçular belçikalı idmançının servisi dəqiq yerinə yetirməməsinin şahidi olublar. Və bu da matçın bitməsi ilə nəticələnib: 15:12
Beləliklə İran yığması çətin qarşılaşmada Belçikanı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, matçdan öncə 12 min nəfərlik Azadi İdman Mərkəzində Tehranda baş verən terror aktları şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.