İyun 14, 2017 11:53 Asia/Baku
  • İran filmi 10 film arasında
    İran filmi 10 film arasında

İranın "Rotuş" (Retuş) qısametrajlı filmi Moskva Beynəlxalq Kino Festivalının 10 filmindən biri olaraq seçilib.

İRNA-nın məlumaıtna görə, 39-cu Moskva Beynəlxalq Kino Festivalının münsiflər heyəti Kave Məzahirinin rejissorluğu ilə çəkilən "Rotuş"  (Retuş) qısametrajlı filmini festivalın ən əsas filmi arasına salıb. 

Rotuş filmi indiyə qədər bir neçə beynəlxalq festivalın mükafatına layiq görülüb. 

Moskva Beynəlxalq Film Festivalı 22-29 iyunda keçiriləcək. 

Əlcəzair, Türkiyə, Polşa, Danimarka, Norveç, Fransa və İspaniya filmləri Moskva Beynəlxalq Kino Festivalında rəqabət aparacaq. 

Moskva Beynəlxalq Kino Festivalının ilk dəfə 1935-ci ildə SSRİ-nin o vaxtkı rəhbəri İosif Stalin tərəfindən əsası qoyuldu və 1959-cu ildən hər ildə bir dəfə keçirilir. 

Teqlər