İslami Radio və Televiziyalar Birliyi xəbər sahəsində böyük imkanlara malikdir
İslami Radio və Televiziyalar Birliyinin baş katibi deyib ki, bu birlik təmiz media məhsullları istehsalı və xəbər sahəsində böyük imkanlara malikdir.
Höccətulislam Vəlmuslimin Əli Kərimiyan İslami Radio və Televiziyalar Birliyinin Məşhəd şəhərində keçirilən 9-cu yığıncağında deyib: Bu birlik xəbər sahəsində böyük imkanlara malikdir və bəzi kanalların daha dünyanın böyük jurnalistlərinə ehtiyacları yoxdur və onların özləri xəbər istehsal edirlər.
Kərimiyan əlavə edib: Bu gün bu birliyin xəbər agentliklərinin mediaların ixtiyarlarına qoyduğu xəbərlər media inhisarını sındıraraq, bir brendə çevrilibdir.
İslami Radio və Televiziyalar Birliyinin baş katibi müqavimət cəbhəsinin regiondakı terrorçu və təkfirçi qruplar üzərindəki son qələbələrinə işarə edərək, bildirib ki, bu proses son qələbəyədək davam edəcək.
İslami Radio və Televiziyalar Birliyinin 9-cu yığıncağı bu gün Məşhəd şəhərində işə başlayıb. Yığıncaqda 36 ölkədən 230 kanal, eləcə də 600 daxili və xarici qonaq iştirak edir.