İyul 21, 2017 10:26 Asia/Baku
  • İranlı məktəblilər beynəlxalq riyaziyyat müsabiqəsində 26 medal qazanıblar
    İranlı məktəblilər beynəlxalq riyaziyyat müsabiqəsində 26 medal qazanıblar

İranın məktəbli komandaları Vyetnamın Hoşimin şəhərində keçirilən beynəlxalq riyaziyyat müsabiqəsində 26 medal qazanıblar.

IRNA-nın məlumatına görə, İranın iki məktəbli komandası Vyetnamda keçirilən beynəlxalq riyaziyyat müsabiqəsində bir qızıl, yeddi gümüş və 18 bürünc medal əldə edə bilib.

İran məktəbliləri habelə müxtəlif sahələrdə 21 fəxri diplom qazana biliblər.

Vyetnam beynəlxalq riyaziyyat müsabiqəsi şənbə günü 18 ölkənin məktəblilərinin iştirakı ilə başlanıb və dünən başa çatıbdır.

 

Teqlər