İyul 21, 2017 14:00 Asia/Baku
  • İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi komandası Asiya çempionu olub

İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi komandası Tailandda keçirilən Asiya çempionatının final mərhələsindən öncə yarışların ikinci günü Asiya qitəsinin çempionu olub.

IRNA-nın məlumatına görə, İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi komandasının 50, 58 və 69 kiloqram çəki dərəcələrindəki nümayəndələri Tailandda keçirilən Asiya çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

İranın yeniyetmələrdən ibarət yunan-roma güləş komandası dünən iki qızıl, üç gümüş və bir bürünc medal əldə etmişdi.

Yeniyetmələrin yunan-roma güləşi üzrə 2017-ci il Asiya çempionatının yarışları dünən Tailandın paytaxtı Banqkokda başlanıb və bu gün başa çatacaqdır.

Yeniyetmələrin sərbəst güləşi üzrə 2017-ci il Asiya çempionatı isə iyulun 22-də başlanacaq.

 

Teqlər