İranın voleybol yığması Braziliyanı məğlub etdi
İyul 22, 2017 17:09 Asia/Baku
Eşitmə qabiliyyəti zəif Dünya Olimpiyası çərçivəsində üçüncü matçına çıxan İranın sahilyanı voleybol komandası Braziliya yığması ilə qarşılaşıb və bu komandanı məğlub edərək səkkizdə bir finala vəsiqə qazanıb.
İranın eşitmə qabiliyyəti zəif sahilyanı voleybol komandası şənbə günü Türkiyənin Samsun şəhərində keçirilən Dünya Olimpiyası çərçivəsində Braziliya yığmasını 2:0 hesabı ilə məğlub edib.
İran yığması ötən iki matçında Almaniya və Rusiya yığmalarına məğlub olmuşdu.
Türkiyənin Samsun şəhərində keçirilən eşitmə qabiliyyəti zəif 23-cü Dünya Olimpiyası 97 ölkənin yığmasının iştirakı ilə 18 iyuldan start götürüb. İranın idman karvanı 13 idman növündə 107 idmançı ilə bu olimpiyada iştirak edir.