İranın riyaziyyat üzrə alimpiada komandası üçün 6 medal
İyul 23, 2017 12:34 Asia/Baku
İran İslam Respublikası məktəbliləri ümumdünya riyaziyyat alimpiadasında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
İranlı məktəblilər Braziliyada 111 ölkənin iştirakı ilə keçirilən riyaziyyat üzrə 58-ci ümumdünya alimpiada yarışlarında altı müdal əldə edərək Cənubi Korea, Vyetnam, Çin və Amerikadan sonra 5-ci yeri tutublar.
Cümə axşamı günündə də İranlı məktəblilər Vyetnamın Huşi Mine şəhərində keçirilən beynəlxalq riyaziyyat müsabiqəsində 1 qızıl, 7 gümüş və 18 bürünc medal qazandılar.
İranlı məktəblilər Vyetnam yarışlarında həmçinin müxtəlif pillələrdə 21 fəxri diploma layiq göründülər.