İran və Yaponiya elmi əməkdaşlıqların genişləndirilməsi yollarını araşdırıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i277446-İran_və_yaponiya_elmi_əməkdaşlıqların_genişləndirilməsi_yollarını_araşdırıblar
İranın Elmlər Nazirliyinin Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin sədri və Yaponiya Beynəlxalq Əməkdaşlıqlar Agentliyinin(JİCA) sədri iki ölkənin elmi əməkdaşlıqlarının perspektivini araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2017 15:49 Asia/Baku
  • İran və Yaponiya elmi əməkdaşlıqların genişləndirilməsi yollarını araşdırıblar
    İran və Yaponiya elmi əməkdaşlıqların genişləndirilməsi yollarını araşdırıblar

İranın Elmlər Nazirliyinin Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin sədri və Yaponiya Beynəlxalq Əməkdaşlıqlar Agentliyinin(JİCA) sədri iki ölkənin elmi əməkdaşlıqlarının perspektivini araşdırıblar.

İRNA-nın verdiyi məlumata görə, İranın elmlər nazirinin müavini Hüseyn Salar Amüli bu gün Tehranda Yaponiya Beynəlxalq Əməkdaşlıqlar Agentliyinin nümayəndəsi Yukiro Kobayaşi ilə görüşündə Təhsil təqaüdlərinin mübadiləsi , universitet müəllimləri və tələbələrin tədqiqat fürsətlərinin təmini və Yaponiya Agentliyinin İran universitetləri və tədqiqat mərkəzlərinin təchizatlarının təmini üçün kredit ayırması müzakirə olunub. 

JİCA Yaponiyada müstəqil dövlət agentliyidir və Yaponiya və inkişaf etməkdə olan ölkələr üçün inkişaf sahəsində yardımlar edir.