İyul 29, 2017 15:38 Asia/Baku
  • İran komandaları RoboCup-da uğurlu çıxış edib

Yaponiyada keçirilən RoboCup 2017 yarışlarında İran təmsilçiləri olan Qəzvin İslam Azad Universiteti və Əmir-Kəbir Sənaye Universitetinin komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.

İRİB-in məlumatına görə, cırtdan robotların futbol yarışında Qəzvin Azad İslam Universiteti komandası Yaponiya və Almaniya komandalarını məğlub edərək qrup birincisi olaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Əmir Kəbir Sənaye Universiteti komandası da Kanada və Çin komandalarını məğlub edərək qrup ikisi olaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Robot sahəsində beynəlxalq və mötəbər yarışlardan olan Robocup 1997-ci ildən müxtəlif ölkələrdə təşkil olunur. Yarışların keçirilməsində məqsəd robotla əlaqədar texnologiyanın inkişafıdır.

Teqlər