İran filmi "Rostov" film festivalının qalibi oldu
Avq 29, 2017 06:58 Asia/Baku
-
İran filmi "Rostov" film festivalının qalibi oldu
İran istehsalı olan "Sarı" filmi Rusiyanın Rostov şəhərində keçirilən "İncəsənət Körpüsü" ("Bridge of Arts") festivalının əsas mükafatına layiq görülüb.
İRNA-nın məlumatına görə, Rostovda keçirilən bu 4 günlük festival bazar ertəsi günü öz işini başa vurub. Bu festivalda Rusiya, İran, Fransa, Çex Respublikası, Slovakiya, İspaniya, Almaniya, İtaliya, Britaniya və Yaponiya filmləri iştirak ediblər. Festivalın solunda İrandan "Sarı" filmi festivalın əsas mükafatına layiq görülüb.
"Sarı" kinosu 2017-ci ilin iyun ayında da Şanxayda keçirilən festvialda münsiflər heyətinin əsas mükafatına layiq görülmüşdü.
"Sarı" filmi humanist mövzuya malikdir və tamaşaçıda böyük maraq doğurur.
Teqlər