Ən müasir və modern marka muzeyi - İran
Muzeylər öz fəaliyyətləri ərzində tarixi irsin inkişaf etməsi ilə yanaşı, yenilikləri nümayiş etdirmək üçün yeni potensiallara ehtiyaclıdırlar. Milli Məlik Muzeyi və Kitabxanası özünün marka zalını ilk yeni muzey zalı olaraq Tehranda təsis edib.
Marka poçt vasitəsi ilə göndərilən məktub və ya bağlamanın kiçik bir hissəsini təşkil etsə də, aid olduğu ölkənin tarixi, milli kimliyi və mədəniyyəti ilə bağlı bir çox dastanlara malikdir. Markalar üzərlərindəki möhürlər sayəsində ölkələrin idarə edilməsi, ölkələrin fəth edilməsi , coğrafi sərhədlər , milli və yerli mədəniyyət ilə bağlı bir çox dastanları özündə əks etdirirlər. Buna görə də bu günü markaların tarixini seyr etməyə həst etmişik.
Markalar öz üzərindəki şəkillər və təsvirlərin arxasında milli simvollar, qəhrəmanlar, mədəni irs, dini xatirələr, ictimai nailiyyətlər, iqtisadi və mədəni uğurlara yer verirlər. Markalar bir tərəfdən təlim və tərbiyət, sağlamlıq və rifahla bağlı təbliğatlara malik olmaqla yanaşı, müharibələr, xarabalıqlar və didərginliklər üçün mərsiyəxanlar sayılırlar.
Muzey mütəxəssisi olan Novruzi deyir: Marka tarixi 1840-cı ildən etibarən Londondan başlanır. 19 il sonra Nasirəddin Şah Avropaya olan səfəri zamanı poçt sənayesinin bu yeni nailiyyəti ilə tanış olur və xoşuna gəlir. İrana geri döndükdən sonra isə Avropa ölkələrində olduğu kimi İranda da marka istehsal edilməsi barədə göstəriş verir. Beləliklə İranda 150 illik marka tarixi 1247-ci hicri şəmsi ilində başlanır və bu dastan hələ də davam edir. Milli Məlik Muzeyi və Kitabxanası bu zalın düzəldilməsində yeni standartlara əsaslanıb və tarixi irsin nümayiş etdirilməsi üçün daha artıq və daha geniş fürsətlərin yaradılmasına çalışıb.
İranın ən modern və müasir marka muzeyində 500 yerli və xarici tarixi marka nümayiş etidirlir. Və Məlik Milli Muzeyi və Kitabxanası profesional vitrinlər, yeni informasiya texnologiyalarından faydalanaraq, özünəməxsusluğu ilə seçilən dəyərli tarixi İran və dünya markalarını nümayiş etdirir. Bununla da İran muzeyinin inkişafı yolunda yeni bir səhifə açmış olub
Heç vaxt təsəvvür etməzdim ki, bir gün öz adım və şəklim ilə bir markaya malik olmuş olum. Amma, Məlik muzeyi yeni texnologiyalardan istifadə edərək, bu imkanı yaradıb.