İran təmsilçisi qızıl atıcılıqda birinci oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i282501-İran_təmsilçisi_qızıl_atıcılıqda_birinci_oldu
Çində keçirilən əlillər üzrə atıcılıq yarışlarında İranın təmsilçisi fərdi növdə qızıl medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2017 05:22 Asia/Baku
  • İran təmsilçisi qızıl atıcılıqda birinci oldu

Çində keçirilən əlillər üzrə atıcılıq yarışlarında İranın təmsilçisi fərdi növdə qızıl medal qazanıb.

İRNA-nın məlumatına görə, İran idmançısı Zəhra Neməti finalda Türkiyə təmsilçisindən 6:2 hesabı ilə üstün olub və bu çempionatın qızıl medalına layiq görülüb. 

Zəhra Neməti ikiqat paralimpiya çempionudur. 2012 London və 2016 Rio Paralimpiya Oyunlarının qalibi olub. 

Bu yarışların davamında İran komandası üçüncülük uğrunda mübarizədə Rusiya yığmasını 6:2 hesabı ilə məğlub edib və bürünc medala layiq görülüb. 

İranın kampound komanda növündəki nümayəndələri şənbə günü rəqibləri ilə qarşılaşacaqlar. 

Əlillər üzrə Atıcılıq Dünya Çempionatı 40 ölkədən 245 idmançının iştirakı ilə Çində başlayıb və sabah sona çatacaq.