Kifayət qədər yatmaq, rejim saxlamaq və idmandan daha faydalıdır
Araşdırmaların nəticəəri göstərir ki, kifayət qədər yatmaq rejim saxlamaq və idmandan daha effektli nəticələrə gətirib çıxarır.
BBC-nin verdiyi məlumata görə, Yuxu üzrə ixtisaslı alim Mateo Vaker belə qənaətdədir ki, yuxu rejimdən və idmandan daha əhəmiyyətlidir. O " Biz niyə yatırıq" adlı yeni kitabında yuxunun xəstəliklərin qarşısının alınmasındakı rolunu araşdırıb. Alim deyir: İnsanlar sağlam yeməyə və idman üçün vaxt ayırmağa üstünlük verirlər hal bu ki, yuxu sağlamlıqda 3-cü yerdə durmur, yuxu sağlamlığın əsasıdır.
Yuxu üzrə mütəxəssis alim deyib: Çəkinizi azaltmaq üçün rejimə girmək istəyirsinizsə, münasib yuxu şəraiti olmadıqda itirilən çəkinin 70 faizini yağdan ibarət olacaq, əslində əzələlərin itirilməsinə şərait yaratmış olursunuz.
Bədən kifayət qədər yuxuya getmirsə yağ itirməyəcək. Sutka ərzində altı saatdan az yuxu isə qeyri-kafi yuxu hesab olunur.