Okt 16, 2017 19:54 Asia/Baku
  • 18-ci Beynəlxalq Telekom Sərgisi
    18-ci Beynəlxalq Telekom Sərgisi

İranın rabitə və informasiya sənayesinin "İran Telekom" adı altında 18-ci Beynəlxalq Telekom Sərgisi bu gün səhər Tehranda beynəlxalq sərgilərin keçirildiyi daimi məkanda fəaliyyətə başlayıb.

İran daxilində optik liflərin yeni nəslinin ilkin istehsalçıları bazardan son dərəcə razıdırlar: Biz binadaxili kabelləri istehsal edirik. Bundan öncə idxal olunardı. İstehsal etdiyimiz kabellərin bir hissəsi, yəni hibrid-kompozit, Yaxın Şərqdə belə mövcud deyildir. Hazırda bütün İrana xidmət göstəririk, amma ixracat üçün məşvərətlər aparılıbdır.

"İran telekom-2017" ölkənin ən iri rabitə hadisəsi kimi və rabitə və informasiya sənayesində ölkənin imkanlarını nümayiş etdirmək məqsədilə hər il ixtisaslaşdırılmış formada keçirilir.

Düşmənin ədavətli sanksiyaları sayəsində İran mütəxəssislərinin sərgilərdəki naliyyətləri meydan oxumaqda davam edir: Biz səyyar rabitə məhsulları və həll yollarını təqdim edirik. Adətən sanksiya şəraitində ön planda dururuq. Zira tək məhsullardan hesab olunur. Həmin sanksiyaların nailiyyətləri bu olubdur ki, yerli aparat və proqram təmini sahəsində mühüm tetra standartını düzəltmişik. Və ölkəni bu sahədə iqtisadi müstəqilliyə çatdırmışıq. 

Bu sərgidə 225 daxili və 93 xarici şirkət iştirak edir.

Mütəxəssis: Bizim məhsullar başlıca olaraq, spektr monitorinqinə əsaslanır. Hüceyrə antennaları, hüceyrə açarları, məkan axtaran sistemlər istehsal edirik; bizim bütün biliyimiz yerlidir və bir neçə ölkəyə məhsul ixrac edirik. Bu nazirlikdə öz fəaliyyətinin ilk aylarını keçirən cənab nazir də ilk gündə özünü sərgiyə çatdırmışdı ki, yaxından rabitə fəaliyyətləri və nailiyyətlərinin şahidi olmuş olsun.

Bu baxış zamanı onunla yanaşı olduq. O, şəraiti yaxşı dəyərləndirir, amma deyir ki, ideala hələ çox qalır: Altıncı inkişaf proqramında mühüm hədəf qoymuşuq ki, bu da IST(ICT) bazarının 2,5 dəfəlik inkişafına malikdir.  Bu məsələnin reallaşması üçün milli ittifaq şəbəkəsi layihəsinin icrası ön planda durur. İST(İCT)-nin önəm daşıyan ən mühüm sahələrindən biri, müqavimət iqtisadiyyatı və daxili istehsaldır ki, texnologiya əlavəsi yolu ilə mümkün olur. Tranzit və texnologiya məsələsində digər ölkələrlə xüsusi əlaqəyə malikik.

Teqlər