İranın kişilərdən ibarət əlil basketbolçularının uğuru
-
İranın kişilərdən ibarət əlil basketbolçularının uğuru
İranın kişilərdən ibarət əlil basketbolçuları Çində keçirilən Asiya-Okeaniya çempionatının yarımfinal mərhələsində Yaponiya komandasını məğlub edərək, yarışların finalına vəsiqə qazanıblar.
Bu gün Yaponiya komandasını 80-76 hesabı ilə məğlub etmiş İranın kişilərdən ibarət əlil basketbolçuları çempion adını qazanmaq üçün bazar günü Avstraliya basketbolçuları ilə görüşəcəklər.
İranın qadınlardan ibarət əlil basketbolçuları isə Yaponiya komandasına məğlub olaraq, Çində keçirilən Asiya-Okeaniya çempionatının yarış cədvəlində dördüncü pillədə durublar.
Asiya-Okeaniya çempionatı-2017, 14 komandanın iştirakı ilə kişilər bölməsində və dörd komandanın iştirakı ilə qadınlar bölməsində keçirilir.
Oktyabrın 23-də başlanmış bu yarışlar oktyabrın 29-dək davam edəcək.