İran və Rusiya arasında tələbə mübadiləsi artırılacaq
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i286035-İran_və_rusiya_arasında_tələbə_mübadiləsi_artırılacaq
Tehran Universitetinin rektoru İran və Rusiyanın böyük universitetləri arasında tələbə mübadiləsinin gələcəkdə artırılacağını bildirərək deyib: Meştərək elmi kursların keçirilməsindən əlavə müəyyən sahələrdə müəllim və tələbə mübadiləsi də həyata keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2017 13:23 Asia/Baku
  • İran və Rusiya arasında tələbə mübadiləsi artırılacaq
    İran və Rusiya arasında tələbə mübadiləsi artırılacaq

Tehran Universitetinin rektoru İran və Rusiyanın böyük universitetləri arasında tələbə mübadiləsinin gələcəkdə artırılacağını bildirərək deyib: Meştərək elmi kursların keçirilməsindən əlavə müəyyən sahələrdə müəllim və tələbə mübadiləsi də həyata keçiriləcək.

Mahmud Nili Əhmədabadi bu gün İRNA-ya verdiyi müsahibədə deyib: İran və Rusiya arasında elmi əlaqələr siyasi və mədəni əlaqələrlə paralel şəkildə irəliləyir və hətta siyasi əlaqələrin gücləndirilməsinə də öz töhfəsini verir və iki ölkə arasında elmi əməkdaşlıqların inkişaf etməsinin bariz nümunəsi Moskvada İran və Rusiyanın əsas universitetlərinin rektorlarının müştərək iclas keçirməsidir. 

Tehran universitetinin rektoru deyib: İran və Rusiya universitetlərinin müştərək əməkdaşlıq sahələrindəki fəaliyyətləri, tələbə və müəllim mübadiləsi, kursların təşkili və müştərək layihələrin icrasına şamil olur və bu sahədə böyük inkişafdan xəbər verir. 

Əhmədabadi deyib: İran və Rusiyanın əsas universitetlərinin 3-cü müştərək iclası universitetlərin öz müştərək fəaliyyət və nailiyyətlərini təqdim etmələri və onların mübadilə edilməsi yolu ilə biri-birinin təcrübəsindən istifadə edərək əməkdaşlıqların gücləndirilməsinə imkan yaratdı. 

Tehran Universitetinin rektoru deyib: Tehran Universiteti Rusiya universitetləri ilə əməkdaşlıqlarını genişləndirməkdədir. 

İran və Rusiyanın birinci yerdə duran universitetlərinin rektorlarının 3-cü iclası cari il oktyabrın 27-də Moskva Dövlət Universitetində keçirildi.