İranlı uşaqlar dünya birinciliyini qazanıblar
Dek 30, 2017 12:55 Asia/Baku
-
İranlı uşaqlar dünya birinciliyini qazanıblar
Cənubi Afrikada keçirilən Abakla hesablama üzrə 17-ci dünya yarışlarında iranlı uşaqlar çempion adını qazanıblar.
İRNA-nın verdiyi məlumata görə, Johannesburg şəhərində keçirilən bu yarışmada 21 ölkədən 300 uşaq iştirak edib və iranlı uşaqlar çempionlar çempionu adına layiq görülüblər.
Abak eradan öncə də hesablamalarda istifadə olunan cihazdır.
Abakdan vurma, bölmə, çıxma və artırma əməlləri üçün istifadə olunur.
Pedaqoqların fikrincə Abakla hesablamanın üstün cəhəti, hesablama zamanı bütün beyindən istifadə, diqqət və sürətin artması, yaddaşın güclənməsi, yaradıcılıq və təmərküzün artması, özünə güvən hissinin güclənməsi, qısa zamanda riyazi məsələlərin həllinə hazırlıq və fantaziya gücünün artmasından ibarətdir.
Teqlər