Şirazlı mütəxəssislər istiliyə davamlı faydalı bakteriyalar istehsal ediblər
-
Şirazlı mütəxəssislər istiliyə davamlı faydalı bakteriyalar istehsal ediblər
Artıq bir neçə ildir ki, probiotik süd məhsulları bazara daxil olmuşdur. Probiotiklər həzm sistemi, ümumilikdə insan orqanizminin sağlamlığına çoxlu köməklər edir. Şirazda 4 universitet müəllimi istiliyə davamlı probiotik istehsal ediblər. Bu probiotiklərdən digər məhsullarda da istifadə etmək mümkündür.
Asanlıqla görünməsələr də, çox heyrətləndiricidirlər. Mikroskopik bağırsaq bakteriyaları hər bir insanın sağlamlığına zəmanət verir və orqanizmdə çatışmazlığını yalnız probiotiklə doldurmaq mümkündür.
Universitet müəllimi Doktor Əbdülhüseyn Purxacə deyib: Günümüzdə probiotik qatıq, probiotik süd vardır. Müəyyən qədər bakteriyaları bu ərzaq məhsullarına daxil etmiş və pasiyentə vermişik. Belə ki, həmin şəxsin həzm sisteminin sağlamlığını qoruyaq.
Ərzaq məhsullarındakı mövcud faydalı bakteriyalar səbəb olub ki, Şirazda 4 universitet müəllimi bir elmtəməlli şirkət yaradaraq 8 il araşdırmadan sonra, istiliyə davamlı probiotikləri istehsal edə bilmişlər.
Universitet müəllimi doktor Şəkərfuruş deyib: Bu, çörək və ya tortun bişirilməsində istiliyə davamlı ola bilər. Habelə mədə turşusunun qarşısında da yüksək müqavimətə sahibdir və çoxlu sayda mikro-orqanizm bağırsaqlara çata bilir.
Bu müəllimlərin araşdırmasının məhsulu 3 növ faydalı bakteriya ilə tamamilə standart şəraitdə artırılır və onların yenicə təsis etdiyi zavodda istehsal olunur.
Bu zavodda insan üçün probiotik istehsalından əlavə, quşlar və heyvanlar üçün də faydalı probiotiklər istehsal olunur. Bu məhsulun hər qramında on milyarda qədər faydalı bakteriya mövcuddur.
Bir fermer deyib: Tələfatın azaldılması, çevirmə əmsalının yaxşılaşdırılması və toyuğun sağlamlığında çox faydalıdır.
İndiyə qədər bu yerli məhsullar ölkə idxalının 25%-nin yerini doldura bilmişdir.
Probiotik İstehsalı Zavodunun icra direktoru Doktor Dehqan bildirib: Bütün rəqiblərimizi tam şəkildə kənarlaşdırmaq potensialımız vardır. Əslində bizim probiotik xam məhsulun idxalına ehtiyacımız yoxdur.
Bu şirkətdə istifadəyə yararlı olması üçün başqa faydalı bakteriyalar üzərində araşdırmalar davam edir.
Bu universitet komandasının araşdırması ilə gələn ilə qədər yeni altı bakteriya növündən probiotik məhsulların istehsal və bazara daxil olması qərara alınıb.