Yan 05, 2018 09:40 Asia/Baku
  • İran İslam ölkələri arasında elmi məqalələrin sayı baxımından ilk yerdədir

İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin araşdırmalar və texnologiyalar məsələləri üzrə müavini deyib: İran İslam Respublikası 52160 elmi məqalə ilə İslam ölkələri arasında elmi məqalələrin sayı baxımından ilk yerə yüksəlib.

İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin araşdırmalar və texnologiyalar məsələləri üzrə müavini Rza Məlikzadə cümə axşamı İranın şimal-şərqində, Rəzəvi Xorasanı ostanında yerləşən Nişabur şəhərindəki "Kuhurt" araşdırmalar mərkəzinə baxış keçirdiyi zaman bu barədə xəbər verib və deyib: İran dünya əhalisinin 1%-inə malikdir. Amma, elmi məqalələrin istehsalı baxımından cari 1396-cı hicri şəmsi ilində dünyada istehsal edilən elmi məqalələrin 1.8%-ni özünə aid edib. 

Məlikzadə əlavə edib: İranın tibb sahəsindəki bacarıqlı alimlərinin sayı da ötən 4 ildə 180 nəfərdən 550 nəfərə artıb. 

İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin araşdırmalar və texnologiyalar məsələləri üzrə müavini daha sonra deyib: İran bakalavr, magistr və fəlsəfə doktorluğu dərəcələrində təhsil almışların sayı baxımından da dünyanın 4-cü ölkəsidir. Buna görə də, bu kadrların işlə təmin edilməsi üçün lazımi infrastrukturlar yaradılmalıdır. 

Teqlər