Yan 28, 2018 14:28 Asia/Baku
  • İranda dəri sahəsində ana hüceyrələrin istehsalı xətti istifadəyə verilib
    İranda dəri sahəsində ana hüceyrələrin istehsalı xətti istifadəyə verilib

Dəri sahəsində ana hüceyrələrin istehsalı xəttinin istifadəyə verilməsi ilə İran İslam Respublikası ana hüceyrələr və dəri məhsulları sahəsində dünyada 13-cü yerdə qərarlaşıb.

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri deyib: İran mütəxəssisləri elm sahəsində "Biz bacararıq" şüarını gerçəkləşdiriblər.

İRNA-nın məlumatına görə, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi bazar günü dərinin reabilitasiyasında istifadə olunan ilk ana hüceyrə məhsulunun təqdimat mərasimində əlavə edib: Xoşbəxtlikdən elm, səhiyyə və müalicə sahəsində yaxşı uğurlar əldə olunmuşdur.

Tehran Tibb Elmləri Universitetinin Dəri və Ana Hüceyrələrin Araşdırılması Mərkəzi İranın tədqiqat qütblərindən biridir və dəri və saç xəstəlikləri sahəsində çoxlu araşdırmalar həyata keçirmişdir.

Teqlər