İran dünya turizminin ilk 11 məqsədi arasındadır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i294541-İran_dünya_turizminin_ilk_11_məqsədi_arasındadır
İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri deyib: İran dünya turizminin ilk 11 məqsədi arasındadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2018 16:05 Asia/Baku
  • İran dünya turizminin ilk 11 məqsədi arasındadır
    İran dünya turizminin ilk 11 məqsədi arasındadır

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri deyib: İran dünya turizminin ilk 11 məqsədi arasındadır.

Fars Xəbər Agentliyinin məlumatına görə, İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Əli Əsğər Munisan şənbə günü İranın mərkəzində Yəzd Vilayəti İdarə Şurasının iclasında İranda turizmin gizli qalan çoxlu potensiallarına toxunaraq əlavə edib: Bugünkü dünyada turizm sənayesi dünyanın üçüncü iqtisadiyyatı, valyuta gətirən və iş yerləri yaradan sənaye hesab olunur.

İranın turizm sektorunda diqqətdən kənarda qalan çoxlu potensialının olduğunu bildirən Munisanın sözlərinə görə, iş yerlərinin yaradılması və iqtisadiyyatın çiçəklənməsi üçün turizmdən maksimum istifadə etmək lazımdır.