İranlı güləşçilər Asiya çempionatında daha iki qızıl medalın sahibi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i297621-İranlı_güləşçilər_asiya_çempionatında_daha_iki_qızıl_medalın_sahibi_olublar
86 və 92 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı pəhləvanlar sərbəst güləş üzrə Asiya çempionatının final mərhələsində rəqibləri üzərində qələbə çalaraq, qızıl medalın sahibi olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2018 18:00 Asia/Baku
  • İranlı güləşçilər Asiya çempionatında daha iki qızıl medalın sahibi olublar
    İranlı güləşçilər Asiya çempionatında daha iki qızıl medalın sahibi olublar

86 və 92 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı pəhləvanlar sərbəst güləş üzrə Asiya çempionatının final mərhələsində rəqibləri üzərində qələbə çalaraq, qızıl medalın sahibi olublar.

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən yarışlarda İran komandasının üzvləri olan Həsən Yəzdani və Məhəmməd Cavad İbrahimi müvafiq olaraq 86 və 92 kiloqram çəki dərəcələrində rəqiblərini məğlub edərək, çempion adına yiyələniblər. 

Digər iranlı güləşçi Əmin Tahiri isə 125 kiloqram çəki dərəcəsində bürünc medalın sahibi olub. 

Mustafa Hüseynxani də 74 kiloqram çəki dərəcəsində bürünc medal ilə yarışı başa vurub.