İran xizək yarışlarında Asiya ikincisi oldu
Xizək yarışları üzrə Asiya çempionatının sonuncu günündə İranlı xizəkçilər daha 3 medalın sahibi olublar.
İRİB-nin verdiyi məlumata görə, Asiya Xizək Cempionatının üçüncü günündə, Tehranın Dərbəndsər xizəkçilik kompleksində qısa məsafəyə maneələr arasında xizək sürmə yarışı keçirilib. Məhəmməd Kiya Dərbəndsəri bu yarışların sonunda qızıl medala layiq görülüb. Bu onun "Alpayn" yarışlarındakı ikinci qızıl medalıdır.
Hüseyn Save Şimşəki də Alpayn yarışlarında bürünc medalın sahibi olub.
Qızlar arası xizək yarışlarında da Fruğ Abbasi gümüş medal əldə edib.
Asiya Xizək Çempionatının sonunda İran komandası 12 medal o cümlədən 2 qızıl, 6 gümüş və 4 bürünc medal ilə ikinci yeri tutub. Asiya Xizək Çempionatının qalibi isə Qazaxıstan olub. Cənubi Koreya da bu yarışların üçüncüsü olub.