İrandan tibbi təchizatın ixracatı 10 qat artırılır
-
İrandan tibbi təchizatın ixracatı 10 qat artırılır
İran İslam Respublikası Səhiyyə, Dərman və Tibbi Təhsil Nazirliyinin tibbi təchizat ofisinin baş direktoru 1397-ci hicri şəmsi ilində İrandan tibbi təchizatın ixracatında 10 qat artım olacağını bildirib.
İRNA-nın verdiyi məlumata görə, Rza Məsaili bu gün İranın tibbi təchizat ixracatının dəyərinin 24 milyon dollar təşkil ediyini bildirərək deyib: İran İslam Respublikası Səhiyyə, Dərman və Tibbi Təhsil Nazirliyi İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin əməkdaşlığı ilə 1397-ci hicri şəmsi ili üçün İran istehsalı olan tibbi təchizatın ixracatının dəyərini 240 milyon dollar nəzərdə tutub.
Rza Məsaili başçılıq etdiyi nazirliyin bu məqsədə nail olmaq istiqamətindəki proqramlarına toxunaraq deyib: Cari ildə İranın tibbi təchizat sənayesini beynəlxalq sərgilərdə eştirakı daha da gücləndiriləcək.
Rza Milli Tibbi təchizatın keyfiyyətinə nəzarət sistemində əsaslı dəyişiklikdən, beynəlxalq standartların, AB-nin CE lissenziyasının, İSO-17025 beynəlxalq standartının tətbiq edilməsinin cari il üçün qarşıya qoyulan ən əsas məqsədlər olduğunu deyib.
İİR tibb və dərman istehsalında öndə gedən ölkələr sırasında durur.