Apr 08, 2018 08:50 Asia/Baku
  • İranlı üzgüçülər dörd müxtəlif medal qazandı

İranlı üzgüçülər Argentinada keçiriləcək gənclər üzrə olimpiyanın seçmə turu yarışlarının ilk günündə bir qızıl, iki gümüş və bir bürünc qazanıblar.

İRNA-nın məlumatına görə, gənclər üzrə olimpiyanın seçmə turunun ilk gününün yarışları Tailand paytaxtı Bankokda davam edib. İranın üzgüçülük yığma komandasının üzvləri 100 metr sərbəst, 50 metr qurbağaşəkilli, 200 metr sərbəst və 50 metr arxası üstə növlərdə finala vəsiqə qazanıblar. 

İlk öncə Sina Qulampur 100 metrlik sərbəst yarışda böyük yaşlar arasında ikinci yeri tutub. Davamında Əlirza Yavəri 16-18 yaşlar arasında 200 metr sərbəst üzmədə gümüş medal qazanıb və Argentinada keçiriləcək gənclər üzrə Olimpiyayaya vəsiqə qazanıb. 

İranın üçüncü nümayəndəsi Əli Fəthi də 50 metr arxasıüstə üzmə növündə gənclər üzrə olimpiyaya vəsiqə qazanıb və finalda qızıl medal qazanıb. 

Mehdi Ənsari də 50 metrlik qurbağaşəkilli üzmədə bürünc medala layiq görülüb. 

İranın 6 gənc və 2 yeniyetmədən ibarət üzgüçülük üzrə yığma komandası Argentinada keçiriləcək gənclər üzrə olimpiyaya vəsiqə qazanmaq üçün 7-11 apreldə Tailand paytaxtı Bankok şəhərində seçmə turnirdə iştirak edir. 

Gənclər üzrə olimpiya oktyabr ayında Argentinada keçiriləcək. 

Teqlər