FIFA İran yığmasının Rusiyaya daxil olmasını əks etdirdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i311260-fifa_İran_yığmasının_rusiyaya_daxil_olmasını_əks_etdirdi
Futbol üzrə 2018-ci il Dünya Çempionatında iştirak etmək məqsədilə İran yığma komandasının Rusiyaya səfəri Dünya Futbol Federasiyaları Assosiasiyasının FIFA saytında geniş şəkildə əks olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2018 11:23 Asia/Baku
  • FIFA İran yığmasının Rusiyaya daxil olmasını əks etdirdi
    FIFA İran yığmasının Rusiyaya daxil olmasını əks etdirdi

Futbol üzrə 2018-ci il Dünya Çempionatında iştirak etmək məqsədilə İran yığma komandasının Rusiyaya səfəri Dünya Futbol Federasiyaları Assosiasiyasının FIFA saytında geniş şəkildə əks olunub.

İRİB-in məlumatına görə, FIFA-nın rəsmi saytında bildirilir: İran 2018-ci il Dünya Çempionatına vəsiqə qazanan ilk Asiya komandası idi və mundialda beşinci dəfədir ki, iştirak edir. İran indiyədək 1978, 1998, 2006 və 2014-cü illərdə Dünya Çempionatında iştirak edib.

İranın futbol üzrə yığma komandası çərşənbə gecə FIFA rəsmiləri və Dünya Çempionatı təşkilatçılarının rəsmiləri tərəfindən qarşılanıb.

Futbol üzrə 2018-ci il Dünya Çempionatı 14 iyundan 15 iyuladək Rusiyada keçiriləcək. İranın yığma komandası qrupda İspaniya, Portuqaliya və Mərakeşlə mübarizə aparacaq.

İranın yığma komandası dünya çempionatında qrup mərhələsinin ilk matçında 15 iyunda Mərakeş yığması ilə qarşılaşacaq. 20 iyunda rəqib İspaniya yığması olacaq. 25 iyunda isə son Avropa çempionu Portuqaliya ilə qarşılaşacaq.