İranın voleybol yığması C.Koreya komandasını məğlub edib:3-1
-
İranın voleybol yığması C.Koreya komandasını məğlub edib:3-1
İran İslam Respublikasının yığma voleybol komandası 2018-ci il voleybol liqasının beşinci həftəsində Cənubi Koreya komandasını məğlub edib.
İranın milli voleybol komandası cümə günü axşam İran, Cənubi Koreya, Bolqarıstan və Almaniya milli komandalarının iştirakı ilə Tehranda keçirilən 2018-ci il voleybol liqasının beşinci həftəsi çərçivəsində Cənubi Koreya komandasını 3-1 hesabı ilə məğlub edərək, üç xal qazanıb.
Bu görüşdən öncə Almaniya və Bolqarıstan yığmaları qarşılaşıblar. Sonda oyun 3-2 hesabı ilə Almaniya voleybolçularının xeyrinə qurtarıb.
Şənbə günü 2018-ci il voleybol liqasının beşinci həftəsinin ikinci günündə İranın milli voleybol komandası Bolqarıstan yığması ilə görüşəcək.
İranın milli voleybol komandası səkkiz məğlubiyyəti və beş qələbəsinə görə, yarışların yekun mərhələsinə vəsiqə qazana bilməyibdir.