İran bal istehsalında dünyada üçüncü yeri tutur
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i314706-İran_bal_istehsalında_dünyada_üçüncü_yeri_tutur
İran 880 min tondan çox bal istehsal etməklə Çin və Türkiyədən sonra dünyanın üçüncü bal istehsalçısıdır. Bu arada Cənubi Xorasan ostanı 150 min ton bal istehsal etməklə müalicəvi xüsusiyyətə malik bu məhsulun istehsalında böyük addım atıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2018 17:19 Asia/Baku
  • İran bal istehsalında dünyada üçüncü yeri tutur
    İran bal istehsalında dünyada üçüncü yeri tutur

İran 880 min tondan çox bal istehsal etməklə Çin və Türkiyədən sonra dünyanın üçüncü bal istehsalçısıdır. Bu arada Cənubi Xorasan ostanı 150 min ton bal istehsal etməklə müalicəvi xüsusiyyətə malik bu məhsulun istehsalında böyük addım atıb.

Yaz fəslində bal arılarının çalışqanlıq zümzüməsi şəfa və müalicəvi xüsusiyyətə malik bal məhsulunun götürülməsi mövsümünün gəlib çatdığını göstərir.

Arıçı deyib: 2013-cü ildə 5 ədəd yeşiklə peşəkar şəkildə işə başladım. Hal-hazırda 180 bal yeşiyim var.

Nohferestidən əlavə, bu günlər 850 Cənubi Xorasanlı arıçı 27 min bal yeşiyindən bal götürməklə məşğuldur.

Arıçılığa nəzarət idarəsinin məsulu deyib: Ostanda təxminən 175 ədəd bal istehsalı seximiz var.

Arıçılıqla məşğul olan təsərrüfatçı deyib: Cənubi Xorasanda xüsusi bal olaraq istehsal olunan bal zirinc və innab ballarıdır.

Arıçı deyib: Səbəbi ölkədə zirinc və innabın istehsalı qütbünün Cənubi Xorasan vilayətinin olmasıdır.

Bu vilayətin çöllük olmasına rəğmən, hər bir pətəkdən götürülən bal orta hesabla ölkəyə bərabərlik edir və keyfiyyəti çox yüksəkdir.

Arıçılıq üzrə mütəxəssis deyib: İranda mövcud olan ən yaxşı bal Cənubi Xorasan balıdır. Araşdırma apardıq və onun nəticəsini icra etdik. Bu artımı iki-üç dəfə yüksəldəcəyimizi ümid edirik.

Vilayətdə götürülən balın təxminən 70% qablaşdırma üçün ölkənin şərqində Bircənddəki yeganə zavoda göndərilir.

Bal sexinin işçisi deyib: Burada ildə 550-600 ton balı qablaşdırırıq.

Bu təbii qızılın çoxlu müalicəvi xüsusiyyətləri vardır.

Tibb mütəxəssisi deyib: İnnab balının sakitləşdiricilik xüsusiyyəti var. Qanın durulmasında çox təsirlidir. Qanı artırır. Zirinc balı qaraciyərin təmizlənməsi, öd kisəsinin fəaliyyətinin tənzimlənməsi üçün çox effektiv olacaqdır.

Bu müalicəvi heyvanın yeganə məhsulu bal deyil.