İranlı idmançılar Bakıda keçirilən beynəlxalq karate turnamentində 11 medalın sahibi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i314810-İranlı_idmançılar_bakıda_keçirilən_beynəlxalq_karate_turnamentində_11_medalın_sahibi_olublar
İran İslam Respublikasının karate komandası Bakıda keçirilən karate yarışlarında 3 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2018 12:22 Asia/Baku
  • İranlı idmançılar Bakıda keçirilən beynəlxalq karate turnamentində 11 medalın sahibi olublar

İran İslam Respublikasının karate komandası Bakıda keçirilən karate yarışlarında 3 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər.

Bakıda keçirilən "Xəzər dənizi və Qara dəniz ətrafı ölkələrin karate turnamenti"ndə 600 idmançı kommite və kata növləri üzrə mübarizə aparıblar. İki gün davam edən turnament Bakının Sərhədçilər idman zalında keçirilib. 

İranın karate komandası böyüklərarası yarışlarda  53 və 68 kiloqram çəki dərəcələrində və yeniyetmələrarası yarışlarda 55 kq çəki dərəcəsində qızıl medalın sahibi olub. 

İranlı idmançılar həmçinin, kommite yarışlarında 3 gümüş və 5 bürünc medalın sahibi olublar. 

İranın karate komandası Bakıda keçirilən beynəlxalq karate yarışlarında səkkizi qadın, 18-i kişi olmaqla 26 idmançı ilə iştirak edib.