İranın futbol yığması dünya çempionatından ayrıldı
İranın milli futbol komandası Portoqaliya ilə yarışı 1-1 hesabı ilə və 4 imtiyazla başa vurdu və Rusiya-2018 dünya çempionatından ayrıldı.
İRNA-nın verdiyi məlumata görə, İranın yığma futbol komandası Rusiya çempionatında qrup mərhələsindəki son yarışında dünən gecə Tehran vaxtı ilə saat 22-30-da Rusiyanın Saransk şəhəri stadionunda Portoqaliya komandası ilə yarışa başladı və çox möhtəşəm yarış nümayiş etdirərək 1-1 hesabı ilə çempionatdan ayrıldı.
İranın milli futbol komandası bu oyunla 4 imtiyaz qazandı və öz ləyaqətini nümayiş etdirsə də növbəti mərhələyə yol tapa bilmədi.
İran komandasının qolunu Kərim Ənsarifərd 92-ci dəqiqədə penaltı nöqtəsindən reallaşdırdı.
İran yığması Rusiya-2018 dünya çempionatında B qrupuna İspaniya, Portoqaliya və Marakeş ilə eyni qrupa düşdü.