İyun 29, 2018 17:35 Asia/Baku
  • İranlı idmançı yüngül atletika üzrə beynəlxalq yarışların qalibi olub
    İranlı idmançı yüngül atletika üzrə beynəlxalq yarışların qalibi olub

İranlı idmançı Reza Qasemi Qazaxıstanda keçirilən Kazanov adına kubok uğrunda yüngül atletika üzrə beynəlxalq yarışların qızıl medalını əldə edib.

Reza Qasemi Qazaxıstanda keçirilən Kazanov adına kubok uğrunda yüngül atletika üzrə beynəlxalq turnirin yüz metr məsafəyə qaçış yarışlarının finalında 10,25 saniyə göstərici ilə finiş xəttinə çatıb və qızıl medal qazanıbdır.

Qasemi 2017-ci ildə bu yarışların gümüş medalçısı olmuşdu.