İran xalçaları Əlcəzair məscidlərini bəzəyir
İyul 03, 2018 21:30 Asia/Baku
-
İran xalçaları Əlcəzair məscidlərini bəzəyir
Bir əlcəzairli iş adamı dünyanın ən böyük üçüncü məscidi sayılan Əlcəzairin Əzəm məscidini İran xalçaları ilə bəzəyib.
İRNA-nın məlumatına görə, Səlim Bəşə Əlcəzair paytaxtı Əzəm məscidi üçün 12 min kvadratmetr İran xalçası satın aldığına toxunaraq deyib: Bu məscid böyük mədəni və abadlıq üslubunda inşa olunub və qiymətli incəsənət nümunəsini əks etdirən xalça ilə bəzənməli idi.
Bu əlcəzairli iş adamı İran xalçalarını dünyada misilsiz adlandırıb və deyib: Dünyada heç kim iranlıların ustalığı ilə xalça toxuya bilməz.