İranlı idmançılar vuşu yarışlarında uğurla çıxış ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i317449-İranlı_idmançılar_vuşu_yarışlarında_uğurla_çıxış_ediblər
İranın gənclərdən ibarət vuşu komandası gənclərarası dünya çempionatının birinci günündə 3 gümüş və 1 bürünc medal əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2018 04:08 Asia/Baku
  • İranlı idmançılar vuşu yarışlarında uğurla çıxış ediblər
    İranlı idmançılar vuşu yarışlarında uğurla çıxış ediblər

İranın gənclərdən ibarət vuşu komandası gənclərarası dünya çempionatının birinci günündə 3 gümüş və 1 bürünc medal əldə ediblər.

İRNA-nın məlumatına görə, Mehdi Xani "Non Quen", Fatimə Cüzeyni "Dau şu" və Mina Pənahi "Non Quen" bölmələri üzrə gümüş medal qazanıblar. 

Məhəmməd Əli Müciri də "Non Quen" bölməsi üzrə bürünc medala yiyələnib. 

Vuşu idman növü üzrə 7-ci gənclərarası dünya çempionatı cümə axşamı Braziliyada start götürüb. Bazar gününə kimi davam edəcək yarışlarda 45 ölkədən 400 idmançı iştirak edir.