İranlı atlet tələbələrarası dünya poverliftinq yarışlarında yeni uğura imza atdı
İyul 13, 2018 08:50 Asia/Baku
-
İranlı atlet tələbələrarası dünya poverliftinq yarışlarında yeni uğura imza atdı
3-cü beynəlxalq tələbələrarası poverliftinq yarışlarında iranlı atlet Məhəmməd Rəisi 84 kq çəki dərəcəsində bu yarışların rekordunu təzələyib.
İRNA-nın məlumatına görə, Məhəmməd Rəisi Çexiyada keçirilən yarışlarda 717 kq 700 qram ağırlıq ilə yeni rekorda imza atıb. Bundan öncəki rekord 700 kq 200 qram idi.
Yarışların ikinci gününün sonunda İranın "Pəyame Nur" universitetini təmsil edən komanda 2 qızıl, 2 gümüş və 18 xal ilə ikinci olub.