Oturaq voleybol üzrə dünya çempionatı; İran Almaniyanı məğlub etdi
İran İslam Respublikasının oturaq voleybol komandası bazar ertəsi günü 3-0 hesabı ilə Almaniya komandasını məğlub edərək, oturaq voleybol üzrə dünya çempionatındakı ikinci qələbəsinə imza atıb.
İRİB-nin verdiyi məlumata görə, İran komandası bazar günü, oturaq voleybol üzrə dünya çempionatındakı ilk qarşılaşmasında Yaponiya komandasını 3-0 hesabı ilə məğlub etmişdi.
İran İslam Respublikasının kişilərdən ibarət oturaq voleybol komandası qrup oyunları çərçivəsində çərşənbə günü Rusiya komandası ilə qarşılaşacaq.
Oturaq voleybol üzrə 17-ci dünya çempionatı 15-23 iyul tarixində Hollandiyada keçirilməkdədir.
İran komandası B qrupunda Yaponiya, Rusiya və Almaniya ilə bir qrupdadır.
Oturaq voleybol üzrə dünya çempionatında 16 komanda mübarizə aparır.
Bu yarışların sonunda ilk 3 yeri tutan komandalar 2020-ci ildə Yaponiyada keçiriləcək paralimpiya yarışlarında iştiraka vəsiqə əldə edəcəklər.