Uilyam Cons Basketbol Turniri; İran ev sahibini darmadağın etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i318004-uilyam_cons_basketbol_turniri_İran_ev_sahibini_darmadağın_etdi
Basketbol üzrə Taivanda keçirilən Uilyam Cons turnirində İranın B komandası qələbə seriyasını davam etdirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 20, 2018 12:31 Asia/Baku
  • Uilyam Cons Basketbol Turniri; İran ev sahibini darmadağın etdi
    Uilyam Cons Basketbol Turniri; İran ev sahibini darmadağın etdi

Basketbol üzrə Taivanda keçirilən Uilyam Cons turnirində İranın B komandası qələbə seriyasını davam etdirib.

İRNA-nın məlumatına görə, İran və Taivanın B komandaları bu gün qarşılaşıblar. Matç 102-56 hesabı ilə İran yığmasının xeyrinə başa çatıb. 

İranın basketbol üzrə B komandası turnirdə beş qələbə qazanıb və bir matçda da məğlub olub. 

Uilyam Cons turniri 14 iyulda başlayıb və 22 iyula qədər davam edəcək. 

İranın A komandası da eyni zamanda Çində Atlas Sport kubokunda iştirak edir. 

İranın basketbol üzrə yığma komandası 18 avqustda İndoneziyanın Cakarta şəhərində başlayacaq 18-ci Asiya Oyunlarına hazırlaşır.