İyul 21, 2018 07:05 Asia/Baku
  • Livan İPB-nin fövqəladə iclasının keçirilməsini istəyib
    Livan İPB-nin fövqəladə iclasının keçirilməsini istəyib

Livan parlamentinin sədri sionist rejim tərəfindən üzdəniraq "yəhudi ölkəsi" qanununun qəbul edilməsini pisləyib və İslam və Ərəb Parlamentlər Birliyinin fövqəladə iclas keçirməsini istəyib.

Sionist rejim cümə axşamı günü bütün işğal olunmuş Fələstini yalnız sionistlər üçün bir ölkə elan və fələstinliləri bütün vətəndaş və insan hüquqlarından məhrum edən "yəhudi ölkəsi" layihəsini qəbul etdi.

Livan parlamentinin sədri Nəbih Berri bir bəyanatda bu layihəni sionist rejimin Fələstin xalqının öz ölkəsinə geri dönmək və Qüds paytaxt olmaqla müstəqil bir dövlət təşkil etmək üzrə hüquqlarına qarşı ardıcıl təcavüzlərindən digər bir addım adlandırıb.

Livan parlamentinin sədri həmçinin bu layihənin qəbul edilməsinin 1948-ci ildə qəbul olunmuş Ümumdünya insan hüquqları bəyannaməsi, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1965-ci ildə qəbul etdiyi 2106 saylı qətnaməyə əsaslanan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya və Fələstinlə bağlı bütün beynəlxalq qətnamələr ilə təzad təşkil etdiyini bildirib.

Nəbih Berri dünya ictimaiyyəti, BMT, Avropa və Aralıq Dənizi Parlament Birliyindən istəyib ki, sionist rejimin cinayətlərinə qarşı qanuni ölçülərin götürülməsi qarşısında öz məsuliyyətlərinə sadiq qalsınlar.

Teqlər