Məhdəvi-Kiya Hamburq-un 21 yaşından aşağı komandasının məşqçisi təyin edilib
-
Məhdəvi-Kiya Hamburq-un 21 yaşından aşağı komandasının məşqçisi təyin edilib
İranın yığma futbol komandasının və Almaniyanın Hamburq futbol klubunun sabiq ulduzu Mehdi Məhdəvi-Kiya dünən gecə bu klubun müdiriyyəti tərəfindən Hamburq-un 21 yaşından aşağı komandasının məşqçisi təyin edilib.
Məhdəvi-Kiya 1999-cu ildən 2007-ci ilədək Hamburq futbol klubunda çaışarkən parlaq fəaliyyətə malik olmuşdu.
Mehdi Məhdəvi-Kiya Hamburq klubunun azarkeşləri arasında böyük rəğbətə malikdir.
Mehdi Məhdəvi-Kiya 2002-2003 və 2003-2004-cü futbol mövsümlərində Hamburq-un azarkeşləri tərəfindən klubun ən yaxşı oyunçusu seçilib və bir dəfə də mötəbər alman nəşri- "Kiker" tərəfindən Almaniyanın Bundesliqa futbol liqasının ən yaxşı sağ qolu titulunu qazanıbdır.
Məhdəvi-Kiya 2003-cü ildə həmçinin Asiya Futbol Konfederasiyası tərəfindən qədim qitənin ən yaxşı oyunçusu seçilibdir.
Almaniyanın Hamburq futbol klubunun azarkeşləri Mehdi Məhdəvi-Kiyaya "İran raketi" adını vermişdilər.