İranlı tədqiqatçılar təkcinsli qızılala balıqlarının istehsalı üzrə layihəni icra edirlər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i318135-İranlı_tədqiqatçılar_təkcinsli_qızılala_balıqlarının_istehsalı_üzrə_layihəni_icra_edirlər
İranın bir çox yerində qızılala balığının yetişdirilməsi üzrə məkanlar vardır. Onlardan biri də İsfahanın Firudinşəhrində yerləşir. Bu peşə ilə məşğul olan sahibkar İsfahan Sənaye Universitetinin əməkdaşlığı ilə fərqli bir layihə üzərində işləyirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2018 17:01 Asia/Baku
  • İranlı tədqiqatçılar təkcinsli qızılala balıqlarının istehsalı üzrə layihəni icra edirlər
    İranlı tədqiqatçılar təkcinsli qızılala balıqlarının istehsalı üzrə layihəni icra edirlər

İranın bir çox yerində qızılala balığının yetişdirilməsi üzrə məkanlar vardır. Onlardan biri də İsfahanın Firudinşəhrində yerləşir. Bu peşə ilə məşğul olan sahibkar İsfahan Sənaye Universitetinin əməkdaşlığı ilə fərqli bir layihə üzərində işləyirlər.

İsfahanın 400 km qərbində Firudinşəhrin Tənqulə çeşməsi, İranın üçüncü ən böyük qızılala yetişdirmə mərkəzi.

Balığın yetişdirilməsi üzrə balıq yeməyindən tutmuş çoxaltmaya qədər hamısı burada vardır.

Təsərrüfatçı deyib:  Sadəcə su bizi buraya gətirib.

İldə 300 ton yetişdirilmiş balıq, on milyon körpə balıq və 27 milyon kürüsü istehsal olunur.

Balıq istehsalçısı deyib: 800 ton balıq yeməyi vardır və burada istifadə olunur.

Mərkəzdə işləyən bir işçi deyib: 200 nəfər burada işləyir və gəlir əldə edir.

Bu məkanda yetişdirilən qızılala balıqları bazara çıxarılır. Onlar düşündükdən sonra daha potensiallı və iqtisadi yolu əldə ediblər.

Artıq iki ildir İsfahanın Sənaye Universitetinin əməkdaşlığı və başqa vilayətlərdə bir neçə balıqyetişdirmə mərkəzi ilə birlikdə yeni bir layihə üzərində işləyirlər. Dişi qızılala balığının təkcinsli kürüsünün istehsalı.

Bundan öncəyə qədər balıq yetişdirələr İranın cütcinsli qızılala balığı kürüsündən istifadə edirdilər. Onun məhsulu az idi.

Təsərrüfatçı deyib: Erkək balıq 300-400 qrama çatdıqda artıq onun inkişafı dayanır. Amma dişi belə deyil, dişi qızılala birbaşa böyüyür, hətta 1 kiloqrama çatır.

Bu elmtəməli planın icrası ilə həm özləri, həm də ölkələrinin sərvətinə ümid bəsləyirlər.