İranın oturaq voleybol komandası 2020 Paralimpiyasına vəsiqə qazandı
İyul 22, 2018 05:47 Asia/Baku
İranın kişilər üzrə oturaq voleybol komandası Hollandiyada Dünya Kubokunda 2020 Paralimpiya Oyunlarına vəsiqəni təmin edib.
İSNA-nın məlumatına görə, Hollandiyanın Haaqa şəhərində keçirilməkdə olan oturaq voleybol üzrə dünya kubokunun 7-ci günündə İran yığma komandası yarımfinalda Ukraynanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib və 2020-ci il Tokio Paralimpiya oyunlarına vəsiqəni təmin edib.
İranın kişilərdən ibarət oturaq voleybol komandası finalda Bosniya və Herseqovina-Braziliya cütlüyünün qalibi ilə qarşlaşacaq.
Oturaq Voleybol üzrə 2018 Dünya Kuboku 15-23 iyulda Hollandiyada keçirilir.
Teqlər