İranın milli futbol komandasının ulduzu İngiltərənin Brayton komandasında oynayacaq
İyul 26, 2018 05:37 Asia/Baku
İranın milli futbol komandasının ulduzu Əlirza Cəhanbəxş İngiltərənin Brayton komandasına qoşulub.
İRNA-nın verdiyi məlumata görə, ötən il Alkmaar komandasının tərkibində Hollandiya futbolunun bambardiri olan Əlirza Cəhanbəxş 5 illik müqavilə əsasında İngiltərənin Brayton komandasına qoşulub.
Brayton klubu Cəhanbəxş ilə imzalanan müqavilənin məbləğinə işarə etməsə də, bu transfertin klubun öncəki transfertləri ilə bağlı rekord rəqəmdən daha çox olduğunu bildirib.
İngiltərənin bəzi mediaları isə Əlirza Cəhanbəxş ilə imzalanan müqavilənin məbləğini 17 milyon funt sterlinq elan ediblər.