İyul 27, 2018 08:41 Asia/Baku
  • Asiya voleybol çempionatı; İranın növbəti uğuru
    Asiya voleybol çempionatı; İranın növbəti uğuru

İranın gənclərdən ibarət voleybol komandası cümə axşamı Bəhreyndə keçirilən gənclərarası Asiya voleybol çempionatının dörddə bir final mərhələsində Qazaxıstan millisi üzərində qələbə çalmağı bacarıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İran millisi ardıcıl olaraq 3 setdə rəqib komandanı 25-13, 25-15 və 25-15 hesabı ilə məğlub edib. 

İran komandası bu qələbə ilə Asiya çempionatının yarımfinal mərhələsində iştiraka vəsiqə əldə edib. 

İran komandası bu gün cümə Tayvan və Taylənd qarşılaşmasının qalibi ilə üzləşəcək. Finala yüksəlməyi bacaracağı təqdirdə isə İran 2019-cu ildə keçiriləcək dünya çempionatında iştirak edə biləcək. 

Gənclərarası 19-cu Asiya voleybol çempionatı 21 iyulda Bəhreynin paytaxtı Manamada start götürüb. Çempionat 28 mayda başa çatacaq. 

Teqlər