İran Asiya kuboku yarışlarının sürətli şahmat turnirinin qalibi olub
İyul 28, 2018 02:59 Asia/Baku
-
İran Asiya kuboku yarışlarının sürətli şahmat turnirinin qalibi olub
İranın kişilərdən ibarət yığma komandası ilk dəfər olaraq Asiya kuboku yarışlarının sürətli şahmat turnirinin qalibi olub.
İranın qərbində yerləşən Həmədan şəhərində keçirilən sürətli şahmat üzrə bu iyirminci turnirdə İranın kişilərdən ibarət yığma komandası on iki xal toplayaraq, çempion adını qazanıb.
Çin və Hindistan komandaları isə müvafiq olaraq, ikinci və üçüncü olublar.
Qadınlar bölməsində də Çin yığması çempion olub. Hindistan və İran komandaları isə müvafiq olaraq, ikinci və üçüncü olublar.
Standart şahmat yarışları isə bu gün keçiriləcək.
Asiya kuboku üzrə şahmat yarışları avqustun dördünədək davam edəcək.