İyul 28, 2018 21:32 Asia/Baku
  • İsfahanda büllur şüşə zavodu dünyanın 40 ölkəsinə məhsul ixrac edir
    İsfahanda büllur şüşə zavodu dünyanın 40 ölkəsinə məhsul ixrac edir

İşinə yetmiş işçi ilə başladı, hazırda isə dörd min nəfərlik ailəsi vardır. İstehsalatının altmış faizi dünyanın qırx ölkəsinə ixrac olunur. Bu, Qərbi Asiyanın ən böyük büllur şüşə zavodunun tarixinin sadəcə bir guşəsidir.

Torpaq və alovun çəkişməsi. Buraya ayaq basdığında ehtiyatlı olmalısan. Çünki bütün məhsulları sına biləcək məhsullardır. Qərbi Asiyanın ən böyük büllur şüşə zavodu.

İsfahan Büllur Şüşə Şirkətinin icra direktoru Əmir Peymani deyib: 8 istehsal xətti vardır. İki kürəni nəzərə aldıqda ildə istehsalımız təxminən 20 min tondur.

Məhsullarının sınma incəliyi idxalat və sanksiyalar kimi bəzi zərbələr qarşısında ən müqavimətli sənayeyə çevrilmişdir.

İsfahan Büllur Şüşə Şirkətinin keyfiyyətə nəzarət şöbəsinin müdiri Əli İmrani deyib: Fransanın şirkətlərindən biri İranın bütün büllur məhsullarını monopoliyaya çevirmişdi. Hazırda həmin fransız şirkət bizim istehsal etdiyimiz məhsulları satmaq imkanına malik deyil.

İsfahan Büllur Şüşə Şirkətinin keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi Seyid İbrahim Hüseyni deyib: Bu, zərbənin sınağı idi. Sınıqların parçaları nə qədər kiçik olarsa, həmin məhsulun sınmazlığı o qədər əladır. Bu sınağı da biz həyata keçiririk. Bu məhsul sınmamalıdır.

70 işçi ilə öz işinə başlayan zavod hazırda onların sayını dörd min nəfərə çatdırıb.

Zavodun işçisi deyib: Biz ayda 4-5 yeni məhsulu istehsala buraxırıq.

Bu zavodun məhsulunun 60%-i dünyanın 40-dan çox ölkəsinin bazarına daxil olur.

İxrac üzrə məsul deyib: Bu, bu il Ukrayna üçün yüklənən 8-ci məhsul yüküdür.

İsfahan Büllur Şüşə Şirkətinin ixrac üzrə şöbəsinin rəsmisi Behzad Tac Əmiri deyib: Hazırda beş qitənin bazarını ələ keçirə bilməmişik. Gündəlik 8-10 konteyner yükü müxtəlif ölkələrə göndəririk.

Xammalın keyfiyyətinin yüksəldilməsi və valyutanın ölkədən çıxmasının qarşısını almaq üçün də yol tapıblar.

İsfahan Büllur Şüşə Şirkəti Silis Zavodunun icra direktoru Məhəmməd Abbasi deyib: Silis Hindistan və Misirdən idxal olunurdu, xərci çox yuxarı idi. .... Bu zavodun mütəxəssi tərəfindən İranşəhrdə silis mədəninin kəşf olunması bu zavodun fəaliyyətə başlamasına yol açdı.

Məhsullara rəğbətin çox olması bu sənayenin daha da güclənməsinə səbəb olub.

Büllur satışı ilə məşğul olan mağaza sahibi deyib: Bölgədə İranın ən yüksək bülluruna sahibdir.

Bu zavodun mühəndisləri deyirlər ki, biz qardaşlığımızı sübut etmişik. İndi isə bu sənayenin daha da genişləndirilməsi üçün kiçik işlərin görülməsi lazımdır.