24-cü beynəlxalq "Elecomp" elektronika və kompüter sərgisi
-
24-cü beynəlxalq "Elecomp" elektronika və kompüter sərgisi
Tehranda keçirilən 24-cü beynəlxalq elektronika və kompüter sergisi “Elecomp” ötən illər ilə müqayisədə daha geniş imkanlar və xidmətləri ilə sərgiyə baxış keçirənlərin diqqətini cəlb edib. Sərginin ən önəmli göstəricisi isə “start ap”lar olub.
24-cü beynəlxalq “Elecomp” sərgisi gündən Tehranda öz işini başa vurdu. Bu ilki sərginin ən önəmli göstəricisi isə əsasən elektron biznesi əhatə edən “start up”lar idi.
Ötən il ilə müqayisədə təqribən 2 dəfə daha çox idi.
Yeni metodlara əsaslana elektron biznes fəaliyyətləri artıq bir çox sahəini əhatə etməyə başlayıb.
Ağıllı velosiped sistemləri bunlardan biridir.
“Tətbiqə daxil olduqdan sonra QR-ı tarayırıq. Qıfıl açılır. Və velosiped hərəkət etməyə hazırdır. Bu tətbiq hərəkət trayektoriyasını və itirilmiş kalorini də hesablayır. Səfər başa çatdıqdan sonra isə velosiped yenidən qıfıllanır və növbəti səfərə hazır vəziyyətə gətirilir.”
Bu “start up” isə avtomobil üçün yedək hissələri təminatçıları arasında rəqabətə imkan yaradır.
“İstifadəçinin sifarişi qeydə alındıqdan sonra, bizimlə əməkdaşlıq edən istehsalçılar və idxalçılar sifarişlə bağlı qiymətlərini elan edirlər. Əgər müştəri bəyənərsə, o zaman biz məhsulu təhvil alaraq, onu yoxlayır, sonra da müştəriyə göndəririk.”
İndi vəkillərə müraciət etmək də xeyli asanlaşıb.
“Vəkilə ehtiyacı olanlar bizim tətbiqə müraciət edərək, eyni işlə bağlı bir neçə vəkilin təklif etdiyi xidmətlər və qiymətlər ilə tanış ola bilərlər.”
Hətta, şirkətlər və biznes fəaliyyətində yeni olanlar üçün virtual ofiss yaratmaq imkanı da var.
“Fiziki ofiss və iş yerinə ehtiyac olmadan, sabit telefon ilə bir sıra xidmətlər əldə etmək mümkündür.”
Bununla da “sturt up”ları qarşıdan yüksələn inkişaf xəttinin gözlədiyini demək olar.
“Ötən iki ildə mövcud olmayan xidmətlər artıq yerli imkanlar hesabına yaradılıb və heç şübhəsiz bu xidmətlər daha da genişlənəcək.”