İİR silahlı qüvvələrinin velosipedsürmə komandası dünya ordularının yarışlarında çempion olub
İran İslam Respublikasının silahlı qüvvələrinin velosipedsürmə komandası dünya hərbçilərinin 2018-ci il yarışlarında çempion olub.
12 velosipedçi ilə dünya hərbçilərinin 2018-ci il yarışlarında iştirakedən İran İslam Respublikasının silahlı qüvvələrinin velosipedsürmə komandası bu yarışların tarixində ilk dəfə birinci ola bilibdir.
Dünya ordularının velosipedsürmə yarışları iyulun otuzundan bəri taym-tril və şose yolu bölmələrində keçirilib. Yarışlarda on iki ölkə, o sıradan Fransa, Braziliya, Almaniya, Belçika, Rusiya, Hollandiya, Avstriya, Sloveniya, Lüksemburq, Litva, İran və Burkina-Faso iştirak ediblər. Yarışlar Hollandiyanın Amsterdam şəhərində keçirilib. İran, Fransa və Almaniya müvafiq olaraq, birincidən üçüncüyədək olan yerləri tutublar.
Yarışları keçirən hərbi idman növləri üzrə beynəlxalq şura 1948-ci il fevralın 18-də yaradılıb. Bu şura 1995-ci ildə beynəlxalq olimpiya komitəsi tərəfindən rəsmi şəkildə tanınıb və elə həmin ildə də dünya ordularının ilk çempionatı İtaliyanın Roma şəhərində keçirilib.
Hazırda 127 ölkə bu təşkilata üzvdür.