İranda 33-cü velosiped turniri başlanıb
İranda 33-cü velosiped turniri 13 xarici və yerli komandanın iştirakı ilə Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdən başlanıb.
İranın velosiped idmanı federasiyasının məlumatına görə, bu gündən başlayaraq, oktyabrın 5-dək davam edəcək bu yarışlarda yarışların birinci dövründə iştirak edən velosipedçilər 141 kilometrlik Təbriz-Urmiyyə marşrutunu keçəcəklər.
Yarışların birinci etapı Şərqi Azərbaycan valisi Məcid Xodabəxş tərəfindən tapança atəşi ilə Təbrizdəki "El gölü"ndən başlanıb.
33-cü velosiped turnirində Bakının "Sinerji", Çexiyanın "Sparta Praha", Qazaxıstanın "Vino", Rusiyanın "Nasional", Belçikanın "Tartelto", Almaniyanın "Bayk Ayd", Hollandiyanın "Alesto", Litvanın "Staki" komandaları iştirak edirlər. Yarışlarda həmçinin Təbrizin "DFT", "Günay", "Şəhredari", Yəzdin "Pişqamanae Kəvir" komandaları və İranın milli komandası mübarizə aparırlar.